El atanı - ər atar, el tutanı - ər tutar.

bax El atanı haqq da atar.
El ağzı yel ağzı.
El atanı haqq da atar.
OBASTAN VİKİ
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Aldadılmış ər
"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: "Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante") Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera. Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur. 1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)) 1780-ci ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur. Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir. Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar.
Əhməd Ər
Əhməd Ər, (10 iyun 1927, Sünnətçilər[d], Manisa vilayəti – 29 may 2017, Akhisar[d], Manisa vilayəti), Türk əsgəri, siyasətçi və yazıçı . Xorasandan Anadoluya keçən Oğuzların bəzi tayfaları Qərbi Anadoluya çatdı. Cəddi Hayran-i- Mahmud Dədənin (Yatağan Mahmud) və şəcərəsinin nəsildən-nəslə ötürülən məlumatlarla İmam Əli Rzaya aid olduğu söylənilir. Atası Şəvkət bəy, anası Hüsniye Hanımdır. Doğulduğu kənddə ibtidai məktəbi, Akhisarda orta məktəbi bitirmiş, 1947-ci ildə Bursa Işıklar Hərbi Liseyindən məzun olmuş və həmin il Hərbi Akademiyaya daxil olmuşdur. 1950-ci ildə Türk Hərbi Akademiyasından leytenant rütbəsi ilə orduya və jandarmaya qoşulan Əhməd Ər ölkənin bir çox yerində ordunun müxtəlif səviyyələrində xidmət etdi. 1951-ci ildə Bolqarıstandan Türkiyəyə sığınan üç yüz min Türkün əzabından bəhs edən "İmmiqrant" adlı üç pərdəli bir dram yazdı. Bu tamaşa Türkiyədəki "yüz milli dram" siyahısına daxil edildi. 1957-ci ildə Milli Müdafiə Nazirliyi tərəfindən Kosovo Döyüşünün "Naməlum Atlı" adlı radiofonik nümayəndəliyi ilə açılan Radiofonik Nümayəndəlik Yarışmasında bir mükafata layiq görülmüşdür. Bu nümayəndəlik 1957 və 1960-cı illərdə iki dəfə Ankara Radiosunda və 1960-cı ildə bir dəfə İstanbul radiosunda təmsil olunmuşdur.
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Ər-Rahim
Ər-Rahim (ər. الرحيم) — Allahın adlarından biri. Rəhim isə, bağışlayan, axirətdə mərhəmətini, nemətini mömin bəndələrindən əsirgəməyən mənasındadır. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhim adı əsasən, axirət həyatı ilə bağlıdır. Rəhimdəki məna, əsasən, inananlarla əlaqədardır: "Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" , "O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!" . Rəhim ismi Qurani-Kərimdə 115 dəfə təkrarlanmışdır. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: "Bismilləhir-rəhmanir-rəhim".
Ər-Rahmən
Ər-rahim (ər. الرحمن) — Allahın adlarından biri. Rəhman dünyada yaxşı da olsa, pis də olsa, aralarında fərq qoymadan nemətini bütün bəndələrinə verən, hamısına qarşı sonsuz mərhəmətini göstərən anlamına gəlir. Bu ad Allahın sonsuz mərhəmətini ifadə edir. Rəhman adı daha çox bu dünya ilə bağlıdır. Rəhman - mömin ya, kafir olsun bütün insanlara Allahın mərhəmət göstərməsi deməkdir. Rəhman ismi Qurani-Kərimdə 57 dəfə təkrarlanmışdır. "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Ət-Tövbə surəsi istisna, bütün surələr Allahın bu adları ilə başlayır: “Bismilləhir-rəhmanir-rəhim”.
Ər-Raqib
Ər-Raqib (ər. الرقيب) — Allahın adlarından biri.
Ər-Rauf
Ər-Rauf (ər. الرؤوف) — Allahın adlarından biri.
Ər-Razzəq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Ər-Rutbа
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Ər-Rəzzaq
Ər-Razzəq (ər. الرزّاق) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. Dümdüz bir zəmindən yaranan, içində nə dağ, nə də dəniz olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. İçində heç bir bitki yetişmir, üzərində heç bir heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı bir ot çıxır. İnsanların bəslənməsi üçün bu otdan başqa heç bir şey yoxdur. Torpağı qazsanız da, əksəniz də heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur.
Ər-Rаmаdi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Ər-Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.
Ər-Rutba
Rutba — İraqın Anbar mühafazasında şəhər. 1941-ci ildə baş vermiş Anqlo-İraq müharibəsi burada cərəyan edib.
Diyalə (el)
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Dohuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dəhuk (el)
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
EL TV
EL TV — 2009-cu ildə Yevlax şəhərində yayıma başlayan televiziya kanalı. EL Televiziya Şirkəti 2 mart 2009-cu ildə yaradılmış, 17 iyul 2009-cu il tarixində isə yayıma başlamışdır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən regionların sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsidir. Ötən 5 il ərzində EL TV bölgənin ictimai həyatında aktiv iştirak edən KİV kimi öz mövqeyini möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. "EL TV" kanalının efir vaxtı 19 saatdır. Yayımının 73,3%-ni şəxsi istehsalı olan, 8,3%-ni digər yerli telekanallar və prodüser mərkəzləri tərəfindan istehsal olunan, 18,4%-ni isə xaricdə istehsal olunan proqramlar təşkil edir. Xəbər verilişlərin sayi, vaxtı, uzunluğu – 5 dəfə, 09:00 (səhər proqramının içində, 15 dəq.), 13:30, 16:30, 20:30 (əsas buraxılış, 30 dəq), 23:30 buraxılışları 15 dəqiqə həcmindədir. Kanalın efir vaxtının 6 %-i xəbərlərdən, 17,6%-i musiqili ə əyləncəli verilişlərdən, 33,1%-i idrak və informasiya verilişlərindən, 2,2 %-i postprodakşn proqramlarından, 1,8%-i seriallardan, 18,4 %-i xarici bədii filmlərdən, 1,1 %- Azərbaycan filmlərindən, 3,7 %-i sənədli filmlərdən, 7,5 %-i İctimai – siyasi və sosial proqramlardan, 1,5 %-i uşaq verilişləridən, 3,3 %- cizgi filmlərdən, 1,1 %-i idman proqramlarından, 2,7 %-i isə digər proqramlardan ibarətdir. 19 sentyabr 2016-cı il tarixində "EL TV" olan telekanalın adı dəyişdirələrək "ARB Aran" olmuşdur.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
El-Gölü
El-Gölü və ya digər adıyla Şah Gölü — Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdığı böyük süni göl. Bu parkın əsas diqqət çəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır. Eyni adlı məhəllənin adı 1917-ci ildə İranın ilk siyahıyaalınmasında Şah Gölü məhəlləsi olaraq qeyd olunmuşdur və burada 576 sakin yaşayırdı. Lakin 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra park və məhəllənin adı "El Gölü" yəni xalqın gölü adıyla əvəz olundu. Rəsmi sənədlərdə də El Gölü adlnan park İranın Milli abidələrinin siyahıyaalınmasında bu şəkildə qeyd olunmuşur. Tarixçi Bəhruz Xamaçi "Şah Gölü" adındakı şah sözünün başçı mənasında yox, əzəmətli və böyük mənasında işlədilyini irəli sürmüşdür. Digər bir tarixçi Viblerə görə Şah Gölü sözünün mənası hovuzların şahı deməkdir.
El-Hierro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
El-Nino
Cənub tərəddüdü və El-Nino (isp. El Niño — oğlan; oğlan uşağı) – bu qlobal okean atmosfer hadisəsidir. El-Nino Sakit okeanın xarakterik cəhətidir. El-Nino və La-Nina (isp. La Niña — qız, qız uşağı) Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının tempratur qərarsızlığıdır. Bu hadisələrin adları yerli əhalinin ispan dilindən götürülmüş və elmə ilk dəfə 1923-cü ildə Hilbert Tomas Volker tərfindən gətirilmişdir. Onların cənub yarımkürəsinə təsirini qiymətləndirmək çətindir. Cənub tərəddüdü Taiti adası və Avstraliyanın Darvin şəhəri arasındakı hava təzyiqinin aylıq və mövsümi qərarsızlığını əks edir.